Bakıda GƏRGİN ANLAR: 100 manat borca görə mağazanı partlatmaq istədi

18:52

14 Avqust

lady gaga

Bakı sakini polisə zəng edərək etiraf edib ki, 100 manat borcu olduğu mağazanı partlatmaq istəyir.

 

Primetime.az xəbər verir ki, bu barədə Oxu.az-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

 

Məlumata görə, 1974-cü il təvəllüdlü Qəribov Qalib Qərib oğlu avqustun 12-də saat 20:27-də  “102” telefon xidmətinə zəng edib. Kişi bildirib ki, Xətai rayonu, Dostluq küçəsində yerləşən “Mayak” mağazasına pul borcu var.

 

Şikayətçi bu səbəbdən ticarət obyektini partlatmaq istədiyini deyib. Lakin 37-ci Polis bölməsinin əməkdaşları xuliqanı taparaq saxlayıblar. Saxlanılan Q.Qəribovun psixi xəstə olduğu üzə çıxıb.

 

Asayiş keşikçiləri onu 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdiriblər.

Sizə maraqlı ola bilər