“Bakıda ilk Şaxta baba mən olmuşam” – Rafael Dadaşov

13:26

14 Yanvar

lady gaga

ARB TV-nin “Hüseynova bacıları” verilişində xalq artisiti Rafael Dadaşov qonaq olub.

 

Primetime.az xəbər verir ki, aktyor bir vaxtlar Şaxta baba kimi fəaliyyət göstərdiyini etiraf edib:

 

“Atam, Məlik Dadaşov çox məşhur Şaxta baba idi. İndi Şaxta babalıq mənə daha çox yaraşır, o zaman belə kök deyildim, arıq, hündürboy oğlan idim, məni heç kim tanımırdı. Naxçıvandan gəlmişdim, 1-2 il idi Bakıdaydım. Atam Məlik Dadaşovun kostyumunu geyinirdim. Küçəyə Şaxta baba paltarında çıxmağı dəb halına saldım.1 966-1967-ci illərdə Şaxta baba küçədə nə gəzirdi?! Əlimdə ağac, çemodanla, saqqallı, əynimdə qırmızı xalat küçəyə çıxdım. Bunu ilk mən etdim. Xüsusi sifariş deyildi, məcburiyyət qarşısında olub. Bir bağçadan digər bağçaya çatdırmırdım. İndiyədək yadımdadır, Nizami metrosu tərəfdən MUM-un yanına gəlməli idim. Paltarımı çıxarım, əlimi, üzümü silib gedim ora, orada təzədən əynimi geyinim, bu vaxt itkisi idi. Məcburiyyət qarşısında paltarlı halımla çıxdım ki, gedəcəyim yerə vaxtında çatım”.

Sizə maraqlı ola bilər