Bakıda iyrənc əməl: gənc qızı qrup şəklində zorladılar

20:47

12 Yanvar

Paytaxtın Sabunçu rayonunda qrup şəklində zorlama hadisəsi baş verib.

 

lady gaga

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

 

Məlumata əsasən, 51 yaşlı Maştağa qəsəbə sakini qızının zorlanması barədə polisə şikayət edib.

 

Bildirilir ki, yanvarın 8-də iki şəxs qızı naməlum yerə apararaq onu dəfələrlə zorlayıb.

 

Sabunçu rayon istintaq qrupu qeyd olunan cinayət faktını araşdıraraq qızı zorlayan şəxslərin izinə düşüb.

 

Əməliyyatçılar onlardan birini saxlayıb. Həmin şəxsin Astara rayon sakini Zöhrab Yaqubov olduğu bildirilir. Cinayətdə onunla əlbir olan digər şübhəlinin Asif adında olduğu müəyyənləşsə də, o hələ ki, saxlanılmayıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

\\Oxu.az

Sizə maraqlı ola bilər