Bakıda “KamAZ”la minik avtomobili toqquşdu, ölənlər var

0:32

15 Fevral

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

 

lady gaga

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Qaradağ rayonunda “KamAZ” markalı yük maşını ilə “VAZ” markalı minik avtomobili toqquşub.

 

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücü (şəxsiyyəti məlum deyil) və sərnişini, 1984-cü il təvəllüdlü İsrafilov Sərvan Eldar oğlunun meyitlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Sizə maraqlı ola bilər