Mənzildən 53 yaşlı kişinin meyiti tapıldı

15:29

19 Aprel

lady gaga

Bakıda mənzildən 53 yaşlı kişinin meyiti aşkarlanıb.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Primetime.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1966-cı il təvəllüdlü Əfəndiyev Yaşar İbrahim oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

 

Əməliyyat başa çatıb.

Sizə maraqlı ola bilər