Bakıda mağazanı soyanlar belə görüntüləndi – VİDEO

22:15

15 May

lady gaga

Bakıda mağaza qarət edilib. Üç naməlum şəxs mağazanın qapısını qıraraq içəri girib ordan xeyli sayda tütün məmulatı, enerji içkiləri və kassada olan pulu oğurlayıblar. Həmin anlar mağazanın təhlükəsizlik kamerasına da düşüb.

 

Üç nəfər mağazanın qapısını açmağa çalışırlar.

 

Oğrulardan biri mağazanın qarşısında təhlükəsizlik kamerasının olduğunu görüb əli ilə ”əla” işarəsini göstərir.

 

Görüntülər paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsindəki marketlərdən birinin qarşısındandır. Üç naməlum şəxs Vaqif Məmmədova məxsus mağazanın qapısını dəmir linglə qıraraq içəri daxil olurlar. Onlardan biri tez-tez mağazadan çıxaraq ətrafa göz gəzdirib yenindən içəridə olan dostlarına kömək edir.

 

Həmin şəxslər bu şəkildə təxminən yarım saat ərzində mağazanı qarət edib çıxırlar. Zərərçəkmiş Vaqif Məmmədovun sözlərinə görə, onlar hadisədən səhər xəbər tutublar.

 

Zərərçəkmiş dərhal ərazi üzrə 14-cü polis bölməsinə məlumat verib. Hadisə yerinə gələn polis kameranın yaddaş kartına baxış keçirərkən müəyyən ediblər ki, onlar üç nəfərdir. Cinayətkarlardan biri mağazanın qarşısındakı kameranı görüb əli ilə işarədə verir. Zərərçəkmiş kameraya düşən həmin şəxsləri tanımadığını deyir.

 

Hadisə ilə bağlı 14-cü polis bölməsindən bildirdilər ki, qarət edilən mağazadan əl-barmaq izləri götürülüb. Hazırda həmin şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.

 

\\Xezerxeber

Sizə maraqlı ola bilər