Bakıda marşrut avtobusu süpürgəçini vurub öldürdü – TƏFƏRRÜAT – YENİLƏNDİ

13:04

14 Dekabr

lady gaga

Bakıda avtobusun piyadanı vuraraq öldürməsi hadisəsi barədə yeni təfərrüat məlum olub.

Primetime.az “Report”a istinadən xəbər verir ki, hadisə metronun “Koroğlu”stansiyanın avtobus dayanacağında baş verib. 58 yaşlı Şükürov Bəhruz Əlibaba oğlunun idarə etdiyi 173 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı avtobus 1960-cı il təvəllüdlü Hürü Cəlal qızı Əliyevanı vurub. Yaralı 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, H.Əliyevanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, dünyasını dəyişən H.Əliyeva metronun “Koroğlu” stansiyasında xadimə işləyirmiş.

 

*** 12:46

Bakıda marşrut avtobusu qadını vurub öldürüb.

 

Primetime.az DİN-ə istinadən xəbər verir ki, hadisə dekabrın 13-də saat 18 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində baş verib.

 

Bakı şəhər sakini Bəhruz Şükürov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə paytaxt sakini Hürü Əliyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

 

Nizami RPİ tərəfindən araşdırma aparılır.

Sizə maraqlı ola bilər