Bakıda məşhur şirkətin konfetinin içindən iynə çıxdı – SON ANDA… – FOTO

11:14

12 İyul

lady gaga

Bakıda məşhur konfet firmalarının birinin istehsalı olan məhsulun içindən iynəyə bənzər dəmir parçası çıxıb.

 

Primetime.az xəbər verir ki, bununla bağlı Kamran Əli adlı Bakı sakini sosial şəbəkədə paylaşım edib. Belə ki, şəxsin paylaşdığı fotodan və qeydindən bəlli olur ki, “Elvan” şirkətinin istehsalı olan “Toffix” konfetinin içərisindən dəmir parçası çıxıb.

 

Şikayətçi bildirir ki, iynədən incə dəmir parçasını son anda boğazından çıxarıb.

 

Şirkətdən verilən məlumata görə isə, Toffix konfetlərindən dəmir çıxması təəccüblüdür:

 

“Elvan istehsal ənənəsinə və texnologiyasına sahib innovativ və illərin brendidir ki, Azərbaycan da daxil olmaqla bir çox ölkədə sevə-sevə alınır və keyfiyyəti ilə bazarda mövcud olan və mövcudluğunu Toffixin adına bənzətməklə yaşadan məhsullardan üstündür.

 

Bir daha belə bir narahatlığa görə üzr istəyirik. Yenə vurğulayırıq ki, bazarda həmin məhsulun saxtası və bənzəri çoxdur. Əmin olduğumuz odur ki, məhsulu istifadə və tövsiyə edən müştərilərimiz var və bu, bizi sevindirir. Biz məhsullarımızın keyfiyyətinə bələdik”.

 

Günay Rəsulqızı

Sizə maraqlı ola bilər