Bakıda neft kəmərlərinin ərazisindən boru oğurlayarkən tutuldular

22:35

25 Fevral

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Mühafizəsi üzrə Polis İdarəsinin əməkdaşları oğurluğa cəhdin qarşısını alıb.

 

lady gaga

Qorunan neft kəmərlərinin ərazisində uzunluğu 10 metr, diametri 1000 mm olan metal borunu “Man” markalı manipulyator vasitəsilə oğurlamağa cəhd göstərən Culfa rayon sakinləri 1978-ci il təvəllüdlü Mustafayev Əkrəm Nəriman oğlu və 1999-cu il təvəllüdlü Məhərrəmov Qurban İlqar oğlu yaxalanıb.

 

Bundan başqa Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun Cavadxan küçəsi 20 ünvanında yerləşən internet klubdan oğurluq edib qaçmaq istəyən 1991-ci il təvəllüdlü Süleymanov İntiqam Səfər oğlunu saxlayaraq ərazi üzrə 19-cu polis Bölməsinə təhvil veriblər.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

 

\\Lent.az

Sizə maraqlı ola bilər