Bakıda qəza: xəsarət alan var

11:22

14 Yanvar

Bakıda yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər xəsarət alıb.

lady gaga

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda “VAZ” markalı minik avtomobili yol qəzası nəticəsində yol kənarına aşıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Sizə maraqlı ola bilər