Bakıda qazıntı zamanı qədim tikilinin qalıqları tapıldı – VİDEO

20:46

18 Aprel

lady gaga

Bakıda qazıntı işləri aparılan ərazidə 20-ci əsrin əvvələrinə aid olan hamamın qalıqları tapılıb.

 

Primetime.az-ın “Xəzərxəbər”ə istinadən məlumatına görə, paytaxtın Yasamal rayonu Mustafa Sübhi küçəsində, “Təzəpir” məscidinin arxasında qazınıtı işləri aparılan zaman qədim hamamın qalıqları aşkarlanıb. Bundan sonra tikintini aparan şirkət tərəfindən qazıntı işləri dayandırılıb.

 

İşi aparan şirkətin nümayyəndəsi bildirdi ki, ərazidə layihəyə əsasən “Təzəpir” məscidinə əlavə iki minarə, kitabxana və qazanxana binaları tikiləcək. Elə özül qazma işləri aparılan zaman qədim hamamın qalıqları ortaya çıxıb.

 

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov bildirdi ki, məlumat daxil olan kimi qurumun əməkdaşları əraziyə baxış keçiriblər.

 

Araşdırma zamanı məlum olub ki, həmin tikili tarixi abidə siyahısında olmayıb.

 

Fariz Hüseynov onu da bildirdi ki, tikinti işləri gedən zaman aşkara çıxan hamamın külxanası olub. Həmin hamamın qalıqlarının aqibətinin isə necə olacağı bilinmir.

Sizə maraqlı ola bilər