Bakıda qəribə vəziyyət: xeyli sayda evlərin ünvanları eynidir – VİDEO

22:20

10 Yanvar

lady gaga

Bir-birindən 400-500 metr aralıda yerləşən bir sıra evlərin ünvanları eynidir. Belə qəribə vəziyyət paytaxtın Yasamal rayonunda yaşanır.

 

Primetime.az xəbər verir ki, “Xəzər Xəbər”in votsap nömrəsinə müraciət edən Ramiz Mahmudov qeyd edir ki, hansısa sənəd almaq üçün dövlət qurumlarına müraciət etdikdə özünün yaşadığı ünvanda bir neçə fərqli ailənin də qeydiyyatda olduğu üzə çıxır.

 

Odur ki, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yaşayan bir qrup sakin qəribə vəziyyətlə üzləşib. Məsələ ondadır ki, bir-birindən 100 metlərlə məsafədə yerləşən mənzilllərin ünvanı eynidir.

 

Xezerxeber.az-ın məlumatına görə, küçələrdən birinin adı əvvəllər 11-ci Xrebtovı adlanırdı, yeni adı isə Dadaş Bünyadzadədir. Dəyişiklikdən sonra şəxsiyyət vəsiqələrini alanlarda da küçənin yeni adı yazılıb. Digərlərində isə köhnə ad göstərilib.

 

Ramiz Mahmudov qeyd edib ki, bu məsələ indiyədək bir sıra anlaşılmazlıqlara səbəb olub. Onun sözlərinə görə, illərdir ki, bu vəziyyət davam edir.

 

Vətəndaşın sözləinə görə, gələcəkdə bu anlaşılmazlıq daha ciddi fəsadlara səbəb ola bilər.

 

Məsələ ilə Əmlak Məsələləri Dövlət Komitəsindən bildirildi ki, vətəndaş ünvanının dəqiqləşdirilməsi üçün quruma müraciət etməlidir. Problem araşdırıldıqdan sonra öz həllini tapacaq.

Sizə maraqlı ola bilər