Bakıda “Range Rover” 27 yaşlı piyadanı vurdu – VİDEO

15:58

15 Oktyabr

lady gaga

Ötən gecə paytaxtda “Range Rover” markalı avtomobil piyadanı vurub.

 

Primetime.az Trend-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində baş verib.

 

“BolMart” supermarketinin qarşısında ağ rəngli “Range Rover” markalı avtomobil piyada, 1991-ci il təvəllüdlü Tural Məmmədovu vurub. Sürücü piyadanı vurduqdan sonra hadisə yerindən qaçmaq istəsə də, digər avtomobillə toqquşub.

 

Hadisə nəticəsində T.Məmmədli kəllə-beyin travması ilə 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

 

Klinikadan verilən məlumata görə, xəstənin vəziyyəti ağır dəyərləndirilir.

 

Sizə maraqlı ola bilər