Bakıda restoranda iki nəfəri güllələyən şəxs avtoritetdir. TƏFƏRRÜAT – YENİLƏNDİ

10:48

10 Avqust

lady gaga

Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonu Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən “Naxçıvan” restoranında avtomat silahdan açılan atəş nəticəsində 1 nəfər ölüb, 1-i yaralanıb.

Unikal.org hadisənin təfərrüatını araşdırıb.

Belə ki, sayta açıqlama verən Sabunçu Rayon İcra Hakimiyyətinin Şuşa Şəhərciyi üzrə icra nümayəndəsi Şamil Alıyev cinayəti törədən Hikmət adlı şəxsin keçmiş məhkum olduğunu bildirib:
“Hadisə zamanı ölən Çingiz Xudiyev, yaralanan Elxan Kərimov və atəş açan Hikmət adlı şəxs bir neçə gün öncə mübahisə ediblər. Dünən saat 22:00 radələrində Hikmət restorana gələrək həmin şəxslərə odlu silahdan atəş açıb. Hikmət özü əvvəllər həbsdə olub. İl yarım əvvəl olar ki, həbsdən azad olunmuşdu. Kriminal aləmlə əlaqəsi olan şəxsdir. O, hadisəni törədəndən sonra bir neçə saat qaçıb gizlənsə də, sonradan polislər tərəfindən saxlanılıb. Onu da qeyd edim ki, hadisədə iştirak edən hər üç şəxs Şuşa şəhərciyində yaşayırlar.”

***

Bakının Sabunçu rayonunda silahlı insident baş verib.

Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən “Naxçıvan” restoranında avtomat silahdan açılan atəş nəticəsində, ilkin məlumata görə, 1 nəfər ölüb, 1-i yaralanıb.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə yerinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları və Daxili Qoşunların xüsusi təyinatlıları cəlb olunub.

Ərazidə polis postu qurulub, giriş-çıxış zamanı axtarış aparılır. Hazırda hadisəni törədən şəxsin axtarışları davam etdirilir.

Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, yaralanan şəxs 1984-cü il təvəllüdlü Kərimov Elxan Nazim oğludur.

Həmçinin ölənin Çingiz Xudiyev, hadisəni törədənin isə Hikmət adlı şəxs olduğu bildirilir. Polis tərəfindən aparılan əməliyyat nəticəsində 1 nəfər saxlanılıb.

//Report


 

Sizə maraqlı ola bilər