Bakıda saatın əqrəbi düşdü, FHN köməyə çağırıldı

21:57

18 Aprel

lady gaga

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının xarici divarında quraşdırılan saatın əqrəblərindən biri yerə düşüb, digərləri asılı vəziyyətdə qalıb.

 

Primetime.az FHN-ə istinadən xəbər verir ki, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Xilasedicilər saatın əqrəblərini yerinə bərkidiblər və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər. Əməliyyat başa çatıb.

Sizə maraqlı ola bilər