Bakıda tanınmış xanəndəni soyan şəxs saxlanıldı – FOTO

20:32

11 Yanvar

lady gaga

Bakıda ticarət mərkəzlərindən birində ayaqqabı alan qadının pul kisəsi oğurlanıb.

 

Primetime.az “Xəzərxəbər”ə istinadən xəbər verir ki, oğurluq anı mağazanın təhlükəsizlik kamerasına düşüb.

 

Hadisə paytaxtın Nərimanov rayonu ərazisindəki ticarət mərkəzlərindən birində baş verib.

 

İbrahim Allahverdiyev Nərimanov rayon 18-ci polis şöbəsinə müraciət edərək həyat yoldaşı Səbinə Ərəblinin içərisində 300 manat olan pul kisəsinin naməlum şəxs tərəfindən oğurlandığını bildirib. Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, əvvəllər məhkum Şəfa İsmayılov saxlanılıb.

 

Qeyd edək ki, portmanatı oğurlanan Səbinə Ərəbli tanınmış xanəndədir.

 

Sizə maraqlı ola bilər