Bakıda toyda KÜTLƏVİ DAVA – 4 nəfər bıçaqlanıb

23:23

14 Avqust

lady gaga

Bakının Binəqədi rayonunda kütləvi dava olub.

 

Primetime.az “Report”a istinadən xəbər verir ki, 9 mikrorayonda yerləşən “Üzeyir” şadlıq sarayında dava zamanı 4 nəfər bıçaqlanıb.

 

Bunlar Hüseynov Seymur Hidayət oğlu (28 yaş), Hüseynov Telman Allahverdi oğlu (40-a yaxın), Ağababalı Elton Mahir oğlu (27) və İbrahimov Mahir Ağababa oğludur (57). Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlar əməliyyat olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə maraqlı ola bilər