Bakıda yaşayış binasında təhlükə aradan qaldırıldı

23:05

23 Mart

lady gaga

Paytaxtda yaşayış binasında təhlükə aradan qaldırıldı.

 

Fövqəladə Hallar Nazirliyindən Primetime.az-a verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının xarici divarına bərkidilən metal vərəqə asılı vəziyyətdə qalıb. Ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Xilasedicilər asılı vəziyyətdə qalan metal vərəqəni divara bərkidib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.

 

Əməliyyat başa çatıb.

Sizə maraqlı ola bilər