Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

20:50

8 Noyabr

lady gaga

Bakı şəhərində yanğın hadisəsi baş verib.

 

Primetime.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Pirallahı rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb. Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə maraqlı ola bilər