Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

22:37

7 Dekabr

Bakı şəhərində yanğın hadisəsi baş verib.

 

lady gaga

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Sabunçu rayonunda ikimərtəbəli, kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 60 m2olan 3 otaqlı mənzilin mətbəxinin tavanı 5 m2 sahədə və dam örtüyü 30 m2 sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib.

 

Mənzilin və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Sizə maraqlı ola bilər