Bakıda yol polisi postunda ağır qəza: ölən var – FOTO

19:23

16 Aprel

lady gaga

Bu gün günorta saatlarında Bakıda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

Hadisə Qaradağ postunda baş verib.

 

Belə ki, “KamAZ” markalı yük maşını ilə “Vaz 2107” markalı minik  avtomobil toqquşub. Qəza nəticəsində “Vaz 2107” markalı avtomobilin sürücüsü 1984-ci il təvəllüdlü Mənsur Aydın oğlu Qasımov dünyasını dəyişib.

 

Hadisə yerinə dərhal YPX və FHN əməkdaşları cəlb olunub. Ölən şəxsin meyiti Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

\\Oxu.az

 

Sizə maraqlı ola bilər