Bakıda yol təmiri zamanı faciə: yük maşını fəhləni vurub öldürdü

22:18

8 Noyabr

lady gaga

Bakıda yol təmiri zamanı bədbəxt hadisə baş verib.

 

Primetime.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, noyabrın 7-də saat 16 radələrində Xətai rayonu ərazisində 10-cu Zavod dairəsində yolun hərəkət hissəsinin təmiri zamanı Göygöl rayon sakini Natiq Bayramov “KamAZ” markalı avtomobili arxaya sürərkən orada fəhlə işləyən Bakı şəhər sakini Arif Hüseynovu vurub və nəticədə o, hadisə yerində ölüb.

 

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Sizə maraqlı ola bilər