Bakıda yük maşını sərnişin avtobusuna çırpıldı. Ölən var – FOTO

9:40

12 İyul

lady gaga

Bu gün səhər saatlarında Bakı-Qazax avtomagistralının 21-ci kilometrliyində 90-OJ-802 DQN yük maşını 10-TF-383 DQN sərnişin avtobusuna çırpılıb. İlkin məlumata görə, hadisə yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib.

Belə ki, yük maşını hərəkətdə olan avtobusa gəldiyi sürətlə çırpılıb, nəticədə, sərnişin avtobusu bir neçə dəfə aşıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat verib. Qəza nəticəsində 1 nəfər ölüb, 10-dan artıq şəxs müxtəlif dərəcəli xəsarət alıb.

***

Bakıda yük maşını 149 saylı sərnişin avtobusu ilə toqquşub.

Qaradağ rayonunda, Səngəçal ərazisində baş verən hadisə zamanı bir nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

\\Report.az

Sizə maraqlı ola bilər