Bakıda zəncirvari QƏZA – Tıxac yarandı

21:54

15 Aprel

lady gaga

Ziya Bünyadov prospektində yol qəzası olub.

 

Primetime.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində, Əbdülvahab Salamzadə küçəsindən hava limanı istiqamətinə gedən yolda baş verib. Ərazidə 5 avtomobil zəncirvari toqquşub.

 

Hadisə nəticəsində hazırda Ə.Salamzadə küçəsindən Ziya Bünyadov prospekti istiqaməti ilə hava limanı istiqamətində yolda ciddi tıxac yaranıb.

 

Dövlət yol polisi əməkdaşları yolda nəqliyyatın hərəkətini tənzimləməyə çalışır.

Sizə maraqlı ola bilər