Bakıdakı bu göldə balıqlar kütləvi şəkildə tələf olub – Nazirlikdən AÇIQLAMA – VİDEO

22:56

23 May

lady gaga

Sabunçu rayonu Pirşağı kəndində yerləşən göldə balıqlar kütləvi şəkildə tələf olub.

 

Primetime.az xəbər verir ki, “Xəzər Xəbər” ə göndərilən videodan görünür ki, yüzlərlə balıq məhv olub. Videonu göndərən şəxs iddia edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi göldə tor səpərək balıq tutmağı qadağan etdiyindən balıqçılar acığa belə addım atıblar. Nazirlikdən bildirilib ki, məsələ ilə araşdırmalara başlanılıb

 

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Pirşağı gölündə həvəskar şəkildə tilovla balıq tutmağa qadağa yoxdur. Yalnız tor səpməyə icazə verilmir. ”Əməkdaşlarımız ərazidə yoxlamalar aparacaq, gölün suyundan analizlər götürüləcək. Bundan sonra balıqların hansı səbəbdən tələf olmaları dəqiq məlum olacaq” – deyə əlavə edilib.

Sizə maraqlı ola bilər