Bakıdan Sumqayıta gedən elektrik qatarı yolda qaldı

18:58

14 Mart

lady gaga

Bakıdan Sumqayıta gedən elektrik qatarı yolda qalıb.

 

Primetime.az “Report”a istinadən xəbər verir ki, Bakı Dəmiryol Vağzalından 18:30-da yola düşən nəqliyyat vasitəsi 15 dəqiqə sonra Biləcəri stansiyasında dayanıb.

 

Sərnişinlər Biləcəri qəsəbəsində düşdükdən sonra qatar yola davam edə bilməyib.

 

Maşinist bunu texniki problemlə əlaqələndirib. Hərəkət, təxminən, 10 dəqiqə sonra bərpa edilib.

Sizə maraqlı ola bilər