Bakının bu yolunda təmir işləri yekunlaşdı

21:42

14 Fevral

Bakı şəhərindəki daha bir yolda təmir işləri başa çatıb.

 

lady gaga

Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Binəqədi rayonunda uzun illər istismar olunan, nəticədə hərəkət hissəsində çökmələr və deformasiyalar əmələ gələn Abay Kunanbayev küçəsində aparılan əsaslı təmir işləri yekunlaşdırılıb.

 

1.9 km uzunluğa malik Abay Kunanbayev küçəsində yolun hərəkət hissəsinin genişləndirilməsi işləri aparılıb. Küçə 1.3 km-lik hissədə 9 metrdən 12 metrə, 0.6 km-lik hissədə isə 7 metrdən 14 metrə qədər genişləndirilib.

 

Təmir-tikinti işləri zamanı yararsız qruntun qazılaraq çıxarılması, yararlı qrunt tökülərək kipləşdirilməsi, yeni əsasın inşası, vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 2-3 metr enində yeni piyada səkilərinin qurulması, mövcudlarının isə bərpa olunması işləri aparılıb. Yol boyu piyada səkilərinin kənarlarına 3600 p-metr yeni səki daşları düzülüb.

 

Tikinti norma və qaydalarına əsasən daha sonra yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə yolun 22 min m2-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.

 

Aparılan təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb, 12 ədəd yeni yağış barmaqlıqları, kommunikasiya xətləri üşün isə 26 ədəd yeni baxış qapaqları qoyulub.

Sizə maraqlı ola bilər