Bakının mərkəzində su kəmərindəki qəza aradan qaldırıldı

16:23

15 May

lady gaga

Bakının mərkəzində magistral su xəttində baş verən qəza aradan qaldırılıb.

 

Bu barədə Primetime.az-a “Azərsu” ASC-dən məlumat verilib.

 

Məlumatda bildirilir ki, hadisə yerinə cəlb edilən qəza xidməti borunu təmir edib və ətraf ərazilərə suyun verilişi bərpa edilib: “Ötən gün baş vermiş qəza aradan qaldırılıb, artıq bu gün səhər saatlarından ətraf ərazilərə içməli suyun verilişi bərpa olunub”.

 

Xatırladaq ki, mayın 14-də günorta saatlarında paytaxtın Rəşid Behbudov küçəsində 500 mm diametrli magistral polad boru kəmərində qəza baş vermişdi. Hadisə nəticəsində bir neçə küçəni su basmış, avtomobillərin hərəkətində problem yaranmışdı.

Sizə maraqlı ola bilər