Bakı Lift İdarəsinin keçmiş direktorunun qızı məşhur xəstəxanadan ŞİKAYƏTLƏNDİ – FOTOLAR

16:39

5 Sentyabr

lady gaga

Bakı Lift İdarəsinin keçmiş direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürova sosial şəbəkə hesabında şikayətlə çıxış edib.

 

Primetime.az-ın məlumatına görə, bu istiqamətdə A.Şükürova Baku Medical Plaza (BMP) ilə bağlı paylaşımlar edib. Belə ki, onun sözlərinə görə, adı keçən xəstəxanada istifadə etmədiyi halda müəyyən yeməklərin pulu alınıb (114 manat) və həmçinin faktura verilməyib.

 

 

A.Şükürova şəxsi “İnstagram” hesabında qeyd edib ki, xəstəxanada özbaşınalıq hökm sürür, hətta BMP-nin işçiləri belə narazıdır. O, bununla bağlı qarşı tərəfdən istədiyi cavabı ala bilmədiyini, vəkilinə müraciət etdiyini bildirib.

 

 

Paylaşımların ardınca sosial şəbəkə fenomeninə dəstək olanların sayında artım müşahidə edilir. Bu və ya digər problemlərini dilə gətirən müştərilər BMP-dən narazı olduqları məqamları qeyd ediblər.

 

Primetime.az Baku Medical Plaza ilə əlaqə yaradıb. Xəstəxanadan məsələ ilə bağlı mövqe bildirmək istəmədikləri qeyd edilib. Belə ki, A.Şükürovanın şikayətlə əlaqəli rəhbərliyə yaxınlaşmadığı, pasiyentin bilgilərinin məxfi saxlanmalı olduğu bildirilib. Xəstəxanadan verilən məlumata görə, həmçinin hazırda bu problem, saxta profillər, sosial şəbəkədə qeyd edilən şikayətlər araşdırılır.

Sizə maraqlı ola bilər