Balansına nəzarət et! Yoxsa sosial yardımdan məhrum olarsan. ARAŞDIRMA

14:13

13 Noyabr

lady gaga

Ağdaş rayon sakini Hürü Musayeva dəfələrlə ünvanlı sosial yardımla bağlı müraciət etsə də, imtina cavabı alıb.

1.Musayevanın sözlərinə görə, evləri qəzalı vəziyyətdədir, ailəsinin isə heç bir yerdən gəliri yoxdur:

“8 ilə yaxındır qazımızı kəsiblər, 500 manat yaxın borc olduğu deyilir. İşığı isə qənaətlə istifadə edirik. Heç bir yerdən gəlirimiz yoxdur. Anam və iki azyaşlı qızıma tək baxıram. Bütün bunlar azmış kimi evimizi də külək və yağış yararsız hala salıb. Yağış yağanda evin içinə yağır. Bunlara baxmayaraq, dəfələrlə ünvanlı sosial yardımla bağlı müraciət etmişəm. Təklif etmişəm gəlib evə baxış keçirsinlər, imtina cavabı veriblər”.

Maraqlı məqam budur ki, imtina cavabı alan, maddi vəziyyəti qənaətbəxş olmayan vətəndaşların sayı çoxdur. Vətəndaşlar tələb edir ki, imtina cavabı vermədən öncə onların real vəziyyəti ilə tanış olsunlar. Bununla bağlı müraciət etdiklərini desələr də, nəticə dəyişilməz qalıb.

Ekspertlər isə hesab edir ki, vətəndaşların real vəziyyətinin fərdi qaydada qiymətləndirilməsi vaxt və işçi əməyi baxımından mümkünsüzdür. Ona görə də, bu proseslər kütləvi şəkildə aparılır.

Ünvanlı sosial yardım üzrə ekspert Rəşad Həsənov bildirib ki, bəzi vətəndaşlar maddi durumlarının aşağı olmasını qabardaraq sosial yardımdan yararlanmağa çalışırlar:

“Bu məsələyə hərə öz prizmasından baxır. Bu baxımdan da bəzi hallarda biz müşahidə edirik ki, insanlar əslində həqiqətən qanunvericiliyin hansısa tələblərinə uyğun olmayan şəkildə sosial yardım almaq istəyirlər. Eyni zamanda biz onu da müşahidə etmişik ki, insanlar mövcud maliyyə vəziyyətlərini hansısa istiqamətdə qabardaraq sosial yardımlardan yararlanmaq istəyirlər. Hər bir vətəndaş bunu istəyir. Deyərdim ki, rayonların ən varlı adamları  belə sosial yardım almaq üçün hansısa formada ora-bura əl atırlar. Sonra da bəzən görürsən ki, imtina cavabı aldıqda etirazlarını bildirirlər. Bu məsələnin bir tərəfidir. Ümumi olaraq məsələyə münasibət bildirmək daha doğru olar. Son dörd ildə sosial yardımların verilməsi ilə bağlı müəyyən şəffaflaşma prosesi həyata keçirilməyə başladı. Sosial yardım alanların siyahısının dərc edilməsi, bundan başqa elektron qaydada müraciətlərin qəbul edilməsi yolu ilə məmur və vətəndaş arasındakı münasibətlərin minimuma yendirilməsi məsələsi və bu kimi addımlar əslində güman olunurdu ki, bu istiqamətdə daha operativ işləməsinə kömək edəcək. Amma hazırda görürük ki, problemlər qalmaqda davam edir, bildiyiniz kimi çətinliklər var. Yenə bəzi hallarda bizim özümüzün birbaşa olaraq müşahidə etdiyimiz kimi, hansısa formada kimlərəsə müraciət edərək nələrinsə vəd olunması yolu ilə sosial yardım alma imkanları qüvvədə qalır. Bu hallar bu gün belə faktiki olaraq mövcuddur. Bundan başqa elektron sistem bir sıra hallarda, xüsusilə də region əhalisinin sosial yardımlara çıxış imkanlarını məhdudlaşdırıb. Ona görə ki, orada maarifləndirmə və s. aşağı səviyyədə aparılır. Vətəndaşların bu imkanlardan istifadə etmə bacarıqları yoxdur. Elə bu baxımdan da onların müraciətinə imtina gəlir. Yenidən müraciət etmək isə əlavə zaman alır. Son nəticədə bu gecikmələr vətəndaşın haqqı olduğu halda sosial yardımdan istifadə etmək imkanlarını məhdudlaşdırır”.

Ekspert hesab edir ki, sosial yardımın verilməsi haqqında qaydaların yenilənməsi və burada bir sıra indiqatorların daha detallı şəkildə əks edilməsi elektron sistemin əksər vətəndaşlara imtina cavabı verməsinə gətirib çıxarır:

“Ən müxtəlif inqidatorlar sistemə yerləşdirilib. Hətta deyərdim ki, vətəndaşın adına olan mobil operatorlarda, nömrələrdə danışıqların aylıq həcminin nə qədər olması ilə bağlı yoxlama həyata keçirilir. Bundan əlavə kreditin olması, aylıq ödənişi, həmçinin mülkiyyətinə daxil olan istehlak məhsulları, daşınmaz əmlak və s. qiymətləndirmə aparıb, ona uyğun cavab verilir. Bunlarla bağlı araşdırma aparanda bu məqamları nəzərə almadığını müşahidə edirik. Tutaq ki, vətəndaşın adına böyük torpaq sahəsi var, belə olan halda müraciət edir, nəzərə almır sistem ona mənfi cavab verəcək.  Adına maşın varsa və əgər həqiqətən ona aid deyilsə,  sadəcə hansısa qohumu onun adına alıbsa, o zaman onu öz adından çıxartmalıdır. Eyni zamanda bu mobil nömrələrə də aiddir. Bəzən bir nəfərin adına bir neçə nömrə alınır. Yəni hansısa qohumu, tanışı, dostu onun adına alır, ancaq bilməlidirlər ki, həmin nömrələrin olması və onlarda gedən danışıqların, balansın həcmi də qiymətləndirmə zamanı öz əksini tapır. Yəni bu göstəricilərlə vətəndaşın real vəziyyəti arasında bəzən ziddiyyət yaranır.  Bu da imkan verir ki, imtina edən tərəf öz imtinasını əsaslandıra bilsin. Qiymətləndirmələr zamanı düşünmürəm ki, onlar hansısa formada daha vicdanlı olmaq və real vəziyyəti araşdırmaq kimi məqamlara diqqət yetirsinlər. Bu proses özü də kütləvidir. Hər bir fərd üçün bu qədər zamanın ayrılması, əlavə işçi əməyinin sərf edilməsi də faktiki olaraq mümkün deyil. Amma buna baxmayaraq, sosial yardımların təyin edilməsində iştirakçı olan məmurlar da yaranmış fasilədən öz mənafelərinə uyğun olaraq istifadə edirlər.  2014-cü ildən sonra hökümət çalışır ki, sosial yardımların ümumi məbləğini azaltsın, əhatə dairəsini məhdudlaşdırsın. Özəl məşğulluq və s. bu kimi istiqamətlərdə layihələrin həyata keçirilməsi buna yönəlmiş məqsədlərdən biridir. Göründüyü qədər hökümət sosial yardımın verilməsində əvvəlki qədər həvəsli deyil. Sistem o qədər incə detallı şəkildə qurulubdur ki, böyük əksəriyyətində imtina cavablarının verilməsinə gətirib çıxarır”.

Vəkil Asif Abdullayevin sözlərinə görə, ünvanlı sosial yardımın təyin edilməsi “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunla və “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” ilə tənzimlənir:

“Qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər”.

Vəkil ünvanlı sosial yardımla bağlı bəzi maraqlı məqamları qeyd edib.

Ünvanlı sosial yardım Aşağıdakı Ailələrə şamil olunur:

1) Ailə üzvünün əmək qabiliyyətini itirməsi ;

2)əmək qabiliyyətli  ailə üzvünün birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi;

3)  23 yaşadək əmək qabiliyətli ailə üzvünün əyani təhsil alması

4)Dövlət Məşğulluq Xidmətinin yerli orqanında işsiz kimi qeydə alınması

5) ailə üzvünün vəfat etməsi

6) ailə üzvü itkin düşdükdə və ya öldükdə

7) ailə üzvünün azadlıqdan məhrum edilməsi

8) ailə üzvünün olduğu yerin məlum olmaması

Vəkil bildirib ki, sosial yardımın alınması üçün müraciət  qaydaları mövcudur. Həmin qaydalar bunlardır:

Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs ( habelə vəkil edilmiş şəxs ) sosial yardım alınması üçün ərizə ilə müraciət edə bilər.

Bu ərizə yaşayış yeri üzrə icra hakimiyyəti və ya onun yerli qurumu tərəfindən verilmiş ailə tərkibi haqqında arayışa əsasən notariat orqanı tərəfindən təsdiqlənir. ( Ailə tərkibinin müəyyən olunması  ünvanlı sosial yardım alacaq ailənin gələcəkdə alacağı   adambaşına düşən payı müəyyən etmək üçündür).

Sosial yardımın alınması üçün kağız üzərində müraciət edən şəxs notariat orqanı tərəfindən təsdiq edilmiş ərizəni Təmsilçinin yaşayış yeri üzrə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinə  təqdim edir. Müraciətə əsasən şəxsin sosial yardım alması məsələsi araşdırılır uyğunsuzluq olduqda şəxsə 1 iş günü ərzində şəxsə sosial yardım almasına mane olan hallar barədə məlumat verilir. şəxs həmçinin elektron qaydada da müraciət edə bilər.

A.Abdullayev sosial yardımın təyin olunması və təyin olunmasından imtina edilməsi ilə bağlı qaranlıq məqamlara aydınlıq gətirib:

Sosial yardımın alınması üçün müraciətlər  15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. 15 gün ərzində müraciət etmiş şəxsin ünvanlı sosial yardım alması məsələsi araşdırılır heç bir problem olmadıqda ünvanlı sosial yardım təyin olunması barədə qərar çıxarılır. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 (iki) il müddətinə təyin olunur sosial yardım təyin edilərkən aşağıdakı şəxslər nəzərə alınmır :

1.müddətli həqiqi hərbi xidmətdə olan şəxslər

2.cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər

3.axtarışda olan şəxslər

4.Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan  Respublikasının vətəndaşları.

Nəzərə alınmır dedikdə, müavinət hesablanarkən, həmin şəxslərin müavinət almalı ailə üzvləri sırasında nəzərə alınmadığı başa düşülür.

Vəkilin sözlərinə görə, aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir:

1Ərizədə qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda;

2.sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarına bərabər və ya məcmusundan yuxarı olduqda

3.sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə

4.ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda

5.ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır);

6.ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda

7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda

Sosial yardımın verilməsi və verilməsinin dayandırılması

Sosial yardımın verilməsi aşağıdakı hallarda mümkündür:

1.Sosial yardım ayda bir dəfə aztəminatlı ailənin yaşayış yeri üzrə banklar vasitəsilə ödəniş kartı ilə ödənilir

2.təmsilçi vəfat etdikdə, ailənin tərkibində və gəlirində sosial yardım məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar baş verdikdə və ya sosial yardım ailə tərəfindən ardıcıl gələn 3 (üç) ay müddətində alınmadıqda, sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır.Sosial yardımın ailə tərəfindən ardıcıl gələn 3 (üç) ay müddətində alınmaması üzrlü səbəbdən baş verdikdə, verilmə dayandırıldığı aydan bərpa edilir.

3.Təmsilçinin  və ya digər ailə üzvünün ailənin orta aylıq gəlirinin 12 (on iki) mislindən çox məbləğdə lotereya uduşu qazanması və ya ailəyə hədiyyə bağışlanması, işsiz ailə üzvünün işlə təmin olunması və s. səbəblərdən ailənin gəlirində dəyişiklik baş verməsi ilə əlaqədar həmin ailənin sosial yardım hüququna ümumi qaydada yenidən baxılır.

 

Sosial yardımın verilməsi və verilməsinin dayandırılması Sosial yardımın verilməsi aşağıdakı hallarda mümkündür:

1.Sosial yardım ayda bir dəfə aztəminatlı ailənin yaşayış yeri üzrə banklar vasitəsilə ödəniş kartı ilə ödənilir

2.təmsilçi vəfat etdikdə, ailənin tərkibində və gəlirində sosial yardım məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar baş verdikdə və ya sosial yardım ailə tərəfindən ardıcıl gələn 3 (üç) ay müddətində alınmadıqda, sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır.Sosial yardımın ailə tərəfindən ardıcıl gələn 3 (üç) ay müddətində alınmaması üzrlü səbəbdən baş verdikdə, verilmə dayandırıldığı aydan bərpa edilir.

3.Təmsilçinin və ya digər ailə üzvünün ailənin orta aylıq gəlirinin 12 (on iki) mislindən çox məbləğdə lotereya uduşu qazanması və ya ailəyə hədiyyə bağışlanması, işsiz ailə üzvünün işlə təmin olunması və s. səbəblərdən ailənin gəlirində dəyişiklik baş verməsi ilə əlaqədar həmin ailənin sosial yardım hüququna ümumi qaydada yenidən baxılır.

Sosial yardım bu hallarda dayandırıla bilər:

1. Ailəyə ev, mənzil (əgər bu ev və ya mənzil ailənin əmlakında və ya istifadəsində olan yeganə ev və ya mənzil deyildirsə) və nəqliyyat vasitəsi bağışlandığı hallarda, sosial yardımın verilməsi həmin halın başverdiyi gündən dayandırılır.

2. Sosial yardım almaq hüququna baxılması zamanı sosial yardımın təyin olunmamasına, məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi və yaxud tam və ya düzgün olmayan məlumat verildiyi aşkar olunduqda, sosial yardımın verilməsi həmin gündən dayandırılır və “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə uyğun olaraq həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.

Ayşən Ağayeva

PrimeTime.Az

Sizə maraqlı ola bilər