Bankomatdan pul çıxaran şəxsi soydu – Bakıda

12:52

14 Aprel

lady gaga

Bakıda soyğunçuluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, aprelin 13-də Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini N.Məmmədzadə həmin gün saat 17 radələrində bankomatdan pul çıxarıb evə gedərkən blokun girişində naməlum şəxsin hədə-qorxu gələrək onun üzərindəki 143 manatını alaraq aradan çıxdığını bildirib.

Məsələ ilə əlaqədar Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa zamanda cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək “isti izlər”lə saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əfqan Hüseynov olduğu müəyyən edilib. Saxlanılan şəxs N.Məmmədzadəni bankomatdan pul çıxararkən gördüyünü və izləyərək bu əməli törətdiyini etiraf edib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Sizə maraqlı ola bilər