“Barselona”da Lionel Messi şoku – FOTO

12:17

21 Oktyabr

lady gaga

“Barselona” klubu İspaniya La Liqasının 9-cu turu çərçivəsində “Sevilya” ilə oyununun ilk hissəsində ciddi itki ilə üzləşib.

 

 Primetime.az xəbər verir ki, Kataloniya təmsilçisinin ulduz futbolçusu Lionel Messi zədələnib.

 

Belə ki, matçın 26-cı dəqiqəsində rəqib oyunçu Franko Vaskeslə toqquşan argentinalı hücumçu qolundan zədə alıb. Mesinin bu səbəbdən 3 həftə komandasına kömək edə bilməyəcəyi deyilir.

 

Qeyd edək ki, “Barselona” bu ayın 24-də UEFA Çempionlar Liqasında “İnter”lə (İtaliya), 4 gün sonra isə La Liqada “Real”la qarşılaşacaq.

 

Sizə maraqlı ola bilər