Baş Nazir cinsi istismara məruz qalan uşaqlardan üzr istədi

16:31

14 Avqust

lady gaga

Danimarka Baş naziri Mette Frederiksen 1945-1976-cı illər arasında dövlətə aid uşaq evlərində qalan uşaqların məruz qaldığı cinsi istismar, fiziki və psixoloji şiddətə görə üzr istəyib.

 

Primetime.az xəbər verir ki, Frederiksen qurbanlardan bəzilərini rəsmi iqamətgahında qonaq edib və “hər birinizin gözlərinə baxaraq üzr istəyirəm. Cinayəti öz üzərimə götürə bilmərəm, amma məsuliyyətinin yükünü çiyinlərim üzərinə götürürəm” – deyə qeyd edib.

 

Təcavüz qurbanlarından biri olan Arne Roel Corgensen gec gələn üzr üçün “bu çox şey ifadə edir. Tək istədiyimiz bu mövzuda içimizin rahat olması idi” deyib. Hazırda 68 yaşında olan Corgensen bir çox insanın həyatının uşaq olanda məruz qaldıqları istismar səbəbi ilə məhv olduğunu söyləyib.

 

Uşaq evlərində yaxşı şəraitdə baxılmadıqları üçün ailələrindən alınan uşaqlar qalırdı. Danimarkada dövlətə aid uşaq evlərində qalan uşaqların məruz qaldıqları istismar ilk dəfə 2005-ci ildə yayımlanan bir sənədli filmlə ortaya çıxıb. Filmdə bir psixiatrın uşaqlar üzərində bəzi narkotik maddələri təcrübə etdiyinə dair sübutlara da yer verilib. Məsələ ilə bağlı araşdırmalar isə 2010-cu ildə başlayıb. 19 uşaq evində aparılan araşdırma nəticəsində “təhlükəli səviyyədə cinsi və fiziki istismar” sübutları ortaya çıxıb.

 

Sizə maraqlı ola bilər