Beşmərtəbəli yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

21:24

16 Avqust

lady gaga

Ağdaş rayonunda yanğın hadisəsi qeydə alınıb.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 63 m² olan 3 otaqlı mənzilin eyvanının yanar konstruksiyaları 6 m² sahədə yanıb.

 

Yanğın zamanı 1 nəfər yüngül yanıq xəsarəti alıb, 3 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Sizə maraqlı ola bilər