Biləsuvarda çoban çobana bıçaqla hücum çəkdi

18:17

13 Fevral

Biləsuvar rayonunda çoban bıçaqlanıb.

 

lady gaga

Hadisə rayonun Səmədabad kəndi ərazisində baş verib.

 

Belə ki, həmin kəndin sakini, Davud Bayramov kürək nahiyəsindən bıçaqlanıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub.

 

İlkin məlumata görə, çobanlıqla məşğul olan D.Bayramov Səmədabad kəndi ərazisində yerləşən fermada çalışan digər çoban tərəfindən bıçaqlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

\\Report

Sizə maraqlı ola bilər