Biləsuvarda kütləvi dava: 2 polis əməkdaşı xəsarət alıb

19:55

7 Dekabr

Biləsuvar rayonunda kütləvi dava baş verib.

 

lady gaga

Hadisə şahidlərinin verdiyi məlumata görə, mübahisə edən şəxsləri ayırmaq istəyən 2 post patrul xidmətinin əməkdaşı – rayon sakinləri, 1989-cu il təvəllüdlü Qasid Rəşid oğlu Əsgərov və 1991-ci il təvəllüdlü Daşqın Vəkil oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralı polis əməkdaşlarına Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib.

 

Biləsuvar Rayon Polis Şöbəsindən isə bildirilib ki, insident zamanı bir polis əməkdaşı xəsarət alıb.

 

\\Report

Sizə maraqlı ola bilər