Binəqədidə “KamAZ”la “Renault” toqquşub – Ölən var

16:54

12 İyul

lady gaga

Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Primetime.az-a verilən məlumata görə, iyulun 11-də saat 14 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində Bərdə rayon sakini P.Musayevin idarə etdiyi “KamAZ” və Gəncə şəhər sakini Nəbi Məmmədovun idarə etdiyi “Renault” markalı avtomobillər toqquşub. Nəticədə N.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Baş istintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Sizə maraqlı ola bilər