“Bir boşanma iki sağlam ailə üçün potensial təhlükədir” – Psixoloq

16:52

12 Yanvar

lady gaga

18 yaşdan daha böyük şəxslər üçün nəzərdə tutulan məlumatlar günümüzdə hətta ən vacib xəbərlərdən belə qat-qat çox oxunur.

PrimeTime.Az saytı olaraq təxminən 1 həftə ərzində bu tip xəbərləri yayımlayaraq test etdik.

Nəticədə isə yuxarıda qeyd etdiyimiz hal öz təsdiqini tapdı.

Psixoloq Elnur Rüstəmovdan oxucuların daha çox bu tip xəbərlərə olan meylinin səbəbini öyrənməyə çalışdıq:

“Bu son vaxtlar yox, hər zaman belə olub. Məsələ elmdə, psixoloji və marketinq cəhətdən hələ 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində araşdırılmağa başlanılıb.  Bu şüuraltı ilə bağlı bir şeydir. +18 xəbərlər insanın bir başa vacib təlabatlarından biri ilə bağlı məqamdır. Məqalədə adı bir şəkil, başlıqda isə sadə bir söz olsa, amma qarşısında +18 yazılsa bu insanları yenə də cəlb edəcək.

Maraqlısı odur ki, açıq-saçıq yazıları yuxarı və aşağı yaş qrupları oxuyur. Orta yaşlılar isə buna o qədər də maraq göstərmir.

Əslində son zamanlar bu tip yazılara maraq azalıb. Çünki oxuyucular artrıq bilir ki, bu marketinq üçün edilən bir şeydir. Ona görə də bu gün çalışan insanların çoxu rəsmi xəbərlərə üstünlük verir. Lakin +18 məqalələrə üstünlük verənlərin haqqında da girmək istəmirəm. Onların arasında bütün təbəqələrə aid insanlar var”.

Elnur Rüstəmov açıq-saçıq görüntülərin uşaqlara təsirindən də söz açıb:

“Bu bir az problemli nöqtədir. Çox yaxşı olardi ki, ən azından Türkiyədə tətbiq olunan qaydalara əməl edək. Orada ictimai yerlərdə, otellərdə hətta evlərdə belə porno saytlara giriş qadağan olunub. Bizdə də çox sayda internet provayder var. Onlar ailələrə hazır paket sata bilərlər. Abunəçi müqavilə imzaladığı zaman qeyd edə bilər ki, müəyyən saytlara giriş qadağan olunsun. Çünki uşaq bir başa olmasa da keçidlər vasitəsi ilə sözügedən portallara daxil ola bilər. Bu da çox böyük problemlərə yol açır.

Uşaqlarda cinsi meyl pozuntsu, cinsi tərbiyəsinin formalaşması, masturbasiya kimi çətinliklərlə rastlaşırıq.

Valideynlər diqqətli olmalıdır. Övladına kompüter, planşet və ya telefon verməklə iş bitmir. Onun nələrdən istifadə etdiyini nəzarətdə saxlamalıdır”.

Psixoloq azyaşlıların telefondan istifadə etməsi haqda da fikirlərini bildirib:

“Ümumiyyətlə qeyd olunur ki, 3 yaşına kimi uşaqları bu tip avadanlıqlardan uzaq tutmaq lazımdır. Bundan sonra isə yalnız 15 dəqiqə və ya yarım saat icazə vermək olar. Uşaq məktəbə başladıqdan sonra isə yaxşı olardı ki, həftə sonları üçün konkret vaxtlar təyin olunsun.

Düzdür bunu demək asan, tətbiq etmək isə çətindir. Amma istənilən halda valideyn vaxta diqqət etməlidir.

E.Rüstəmov valideynlərin maariflənməsinin vacibliyini vurğulayıb:

Valideynlər maariflənməlidir. Onların əlində yetəri qədər resurslar var. Oxuyub tətbiq etsinlər. Çünki bu gün ən vacib məqam uşağa olan yatırımdır. Uşağın təhsilinə və dünya görüşünə edilən yatırımı gələcədə artıqlaması ilə almaq mümkün olacaq”.

Elnur Rüstəmov ailədaxili zorakılıqdan bəhs edib:

“Bu dünyanın hər yerində var. Amerika mətbuatını açsaq zorakılıq hallarının orada da baş verdiyini görərik. Amma bizdə hamı xarici medianı oxumur. Cinsi təcavüz və zorakılıq bütün dünya üçün problemdir. Bu hər yerdə olduğu kimi bizdə də var.

Digər bir fakt isə keçid dövrü ilə bağlıdır. Əvvəl feminizm var idisə indi gender bərabərliyidir. Kişi və qadın hüqüqlarının bərabərliyi qeyd olunur.

Qadın özlərinə daha çox yatırım edir. Çevik dəyişim prosesinə daha rahat uyğunlaşa bilirlər. Bu gün bizim çalışan qadınlarımız çoxdur. Təbii ki, buna görə də ev işlərindən kənarda qala bilirlər. Ancaq kişi xanıma deyir ki, həm ev işini həm də çol işini gör. Ailələr var ki, qadın işləyir kişi çalışmır.

Bu sosial-psixoloji problemdir və ailə daxili mübahisələrə və münasibətlərin pozulmasına gətirib çıxarır. Fikir verin ki, nə qədər boşanma və ailə daxili münaqişə zəmnində qətl hadisələri baş verir. Tez-tez ailədə baş verən cinayət, intihar və evdən qaçmalar haqda xəbərlər oxuyuruq”.

Psixoloq boşanmanın fəsadlarından da danışıb:

“Bir boşanma iki sağlam ailə üçün potensial təhlükədir. Bu zəncirvari prosesdir. Biri digərinə təsir göstərir. Belə hallar cəmiyyətdə problemə çevrilir. Düşünürəm ki, bir müddətdən sonra insanlarımız rəsmi nigaha gec daxil olacaqlar. Çünki bu gün boşanma və mülk üstündə davalar gedir. Biz xaricini misal gətiririk, amma bu proseslər elə ona doğru gedir.

Edə biləcəyimiz tək iş milli və mənəvi dəyərləmiz üzrərində konsepsiya qurub təqdim etməkdir”.

Teymur Məmmədov

Sizə maraqlı ola bilər