Bir vaxtlar Türkiyənin ən məşhur simalarından olan müğənni nişanlandı – FOTO

16:44

10 Fevral

lady gaga

Bir vaxtlar Türkiyə şou-biznesinin ən məşhur simalarından olan Küçük Onur ləqəbli müğənni Onur Sarıkaya nişanlanıb.

 

Primetime.az yerli mətbuata istinadən xəbər verir ki, 37 yaş ifaçı sevgilisi Ece Gökkaya ilə evliliyə ilk addımını atıb. Onur bu barədə sosial şəbəkədə paylaşım edib.

 

Qeyd edək ki, hazırda 37 yaşı olan Onur Türkiyəli məşhur müğənni Mahsun Kırmızıgüllə canlı yayımda oxuduğu mahnı ilə bir gecədə məşhurlaşmışdı. 90-cı illərdə ən məşhur müğənnilərdən olan və milyonlarla albomu satılan Onur seriallarda aktyor kimi də rol almışdı. Bir müddət sonra sənətdən uzaq düşən Onur hazırda sadə həyat yaşayır.

 

Sizə maraqlı ola bilər