“Birinci evlilikdə şahzadə, ikincidə ağ it də olar” – FOTO

13:21

14 Noyabr

lady gaga

Xəzər TV-də yayımlanan “Ailəcanlı” serialının Sevgisi, aparıcı Zümrüd Bədəlova yeni fotosessiya etdirib.

Belə ki, gəlinlikdə olan şəklini izləyiciləri üçün yayımlayan Z.Bədəlovanın sözügedən paylaşımı söz-söhbətə səbəb olub.

Aparıcının fotosunu görən izləyicilər onun evli olması ilə bağlı  çox sayda şərh yazıb.

Zümrüd Bədəlova fotosunu belə şərh edib: “Hər bir qadının arzusu: Əvvəl gəlin olmaq istəyirsən, yanında ağ atlı şahzadən olsun. Sonra yenə gəlin olmaq istəyirsən, amma bu dəfə yanında ağ it olsa da olar”.

Qeyd edək ki, Z.Bədəlova boşanıb və ikinci dəfə ailə qurmaq fikrinin olmadığını bildirib. Buna baxmayaraq aparıcı rol aldığı serialda ərə getməyə can atan sevgisiz Sevgi obrazını canlandırır.

Sizə maraqlı ola bilər