Biznesmendən dünya ulduzuna təhqir – FOTOLAR

12:12

22 İyun

lady gaga

Dünya markası olan “Dolce & Gabbana”nın yaradıcılarından olan Stefano Gabbana məşhur ulduz Selena Qomezin ünvanına təhqiredici sözlər deyib. Belə ki, o, “İnstagram” sosial mediasında paylaşılan Selena Qomezin fotosunun altına “O, çirkindir” deyə şərh yazıb.

Selenanın fanatları tərəfindən ağır cavab alan Gabbana, müğənninin digər bir fotosunun altına “Bu insanlardan heç kimi tanımıram, Castin Biberdən başqa. Siz mənim şərhimi tamamilə səhv anladınız. Mən onu sadəcə paltar haqqında demişdim” deyə fikir bildirib.

Bu məsələdən sonra isə Stefano, Qomezin fotolarının altına ya ona nifrət etdiyini yazır, ya da təhqiredici emojilər atır.

Sizə maraqlı ola bilər