Böyrək xəstəsi şəxs əməliyyatxanada unuduldu

13:50

12 Yanvar

lady gaga

Türkiyənin İstanbul şəhərində dövlət xəstəxanasında 34 yaşlı Buğra Kiftir adlı şəxs əməliyyatxanada unudulub. 

 

Primetime.az xəbər verir ki, saatlarla gözləyən xəstəyə əməliyyatı edəcək həkimin iş vaxtının bitdiyi üçün evə getdiyi bildirilib. Məsələ ilə bağlı açıqlama verən B. Kiftir “adətən sarğının, qayçının unudulduğu deyilirdi. Məni isə əməliyyatxanada unutdular. Həkimlərin çıxdığı, iş saatınıı bitdiyi deyildi. Lakin mən orada 4-5 saat gözlədim. Dəqiq olaraq skandal vəziyyətdir. Orada unudulan yaşlı bir adam və ya kiçik uşaq da ola bilərdi” – deyib.

 

Buğra Kiftirin xəstəxana haqqında şikayət edəcəyi bildirilib.

Sizə maraqlı ola bilər