Braziliyada FACİƏ: 10 ölü, 24 yaralı

10:15

14 Mart

lady gaga

Braziliyanın Sao Paulo bölgəsində yerləşən “Professor Raul Brasil State College”ə hücum olunub.

 

Primetime.az xəbər verir ki, 17 yaşlı Gilyerme Monteyro və 25 yaşlı Enrike de Kastro kollecə daxil olaraq qarşılarına çıxan hər kəsə atəş açıb. Nəticədə 8-i şagird, 2-si kollec işçisi olmaqla 10 nəfər həyatını itirib, 24 nəfər xəsarət alıb. Sözügedən şəxslər isə daha sonra intihar edib.

 

Sao-Paulonun qubernatoru Juau Doria hadisə yerinə yollanıb. O, ştatda üçgünlük matəm elan edib.

Sizə maraqlı ola bilər