Britaniya 23 rusiyalı diplomatı ölkədən qovdu

17:38

14 Mart

lady gaga

Böyük Britaniya 23 rusiyalı diplomatın ölkədən çıxması üçün 1 həftə vaxt verib.

Diplomatların ölkədən çıxarılması zəhərlənmə hadisəsinin arxasında Rusiyanın dayanması şübhələri ilə əlaqəli olduğu qeyd edilir və cavab addımı xarakteri daşıyır.
Xatırladaq ki,  bir müddət öncə Tereza Mey Rusiyanı Skripal və qızının zəhərlənməsində əlaqəsi olmaqda ittiham etmişdi.

Bundan başqa, Britaniya Rusiya ilə bütün ikitərəfli əlaqələri dayandıracaq. Ölkənin yüksək vəzifəli məmurları, eləcə də kral ailəsinin üzvləri Rusiyaya futbol üzrə dünya çempionatı zamanı səfər etməyəcək.

Sizə maraqlı ola bilər