Britaniya hərbi orkestri Fəvvarələr Meydanında çıxış edəcək

19:23

12 İyun

lady gaga

Bakıda Azərbaycan və Böyük Britaniya hərbi orkestlərinin birgə çıxışı olacaq.

 

Primetime.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan və Böyük Britaniya Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən, Kral Ordusunun “The Salamanca Band & Bugles of The Rifles” hərbi orkestri növbəti dəfə ölkəmizə səfər edib.

 

Səfər çərçivəsində iyunun 13-də, saat 18:30-da Fəvvarələr meydanında açıq səma altında Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin və “The Salamanca Band & Bugles of The Rifles” hərbi orkestrinin konserti və birgə nümunəvi çıxışları təşkil ediləcək.

 

Orkestrlər hərbi vətənpərvərlik mahnıları, müxtəlif marşlar, Azərbaycan, ingilis və dünya bəstəkarlarının tanınmış müasir və klassik musiqi əsərlərindən parçalar səsləndirəcəklər.

Sizə maraqlı ola bilər