Bu Avropa ölkəsi Saakaşviliyə şəxsiyyət vəsiqəsi verdi

20:55

14 Fevral

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşviliyə Niderlandda şəxsiyyət vəsiqəsi verilib.

lady gaga

Bu barədə M.Saakaşvili özü məlumat verib.

 

O, “Facebook”dakı səhifəsindən yazıb ki, bütün prosedur bir neçə dəqiqə çəkib:

 

“Bu gün Amsterdamda ilk dəfə kimliyimi təsdiq edən sənəd əldə etdim. Niderlanda gəldikdən dərhal sonra mənə Avropa İttifaqında yaşamaq və işləmək hüququ verən şəxsiyyət vəsiqəsi verildi”.

 

Qeyd edək ki, M.Saakaşvili fevralın 12-də Ukraynanın paytaxtı Kiyevdə saxlanılaraq Polşaya readmissiya olunub.

Sizə maraqlı ola bilər