Bu dəfə də pişiyin ayaqlarını kəsdilər

14:41

20 İyun

lady gaga

Son zamanlar gündəmdə olan, heyvanlara qarşı şiddət mövzusunda daha bir cinayət qeydə alınıb. Türkiyənin Bursa şəhərində baş verən hadisədə vətəndaşlar,Bursanın  Yıldırım bölgəsindəki yol kənarında dörd ayağı da kəsilmiş pişik görüblər.

Hadisə yerinə gələn xilasedici komanda pişiyin bir aylıq olduğunu bildirib. Həkim yanına aparılan bala pişiyi xilas etmək mümkün olmayıb.

Faktla bağlı geniş miqyaslı araşdırma aparılır.

 

 

 

Sizə maraqlı ola bilər