Bu da Azərbaycanın ən yaraşıqlı kişisi və qadını- FOTOLAR

17:11

10 İyul

lady gaga

Ötən həftə “Miss & Mister Grand Azerbaijan 2018” gözəllik müsabiqəsinin  final mərhələsi baş tutub.

Primetime.az  xəbər verir ki, 10 xanım və 10 bəy finalist 7 əsas nominasiyanın qazanılması uğrunda mübarizə aparıblar.

Üç əsas çıxış mərhələsi üzrə münsiflər heyətindən, müsabiqənin idarə heyətindən və əldə olunmuş biletlərdən topladıqları ballar əsasında qaliblərin adları müəyyən olunub.

Onlar eksklüziv dizayner geyimləri ilə podiuma çıxıblar.

“Miss Grand Azerbaijan” tituluna Ayşə Qarayeva, “Mister Grand Azerbaijan” adına isə Nuru Əhmədov sahib olub. 

“First runner up” adlarını Pərvin Əliyeva və Fərid Əliyev qazanıb. Üçüncü yer və “Second runner up” adı Aydan Yeşildağa və Ağasəlim Mikayılova verilib.

Digər iştirakçılar isə müxtəlif nominasiyalarında mükafatlar alıblar.

Sizə maraqlı ola bilər