Bu da oldu: Robot imtahan verib həkim lisenziyası aldı

23:02

14 Noyabr

Çinin “iFlyTek” şirkəti öz süni intellekt proqramı üzərində 4 il müddətində işləyib.

 

lady gaga

Nəticədə süni intellekt proqramı yerli tibbi ali məktəbə qəbul imtahanlarına hazırlaşıb və bütün testləri uğurla verib. İmtahanın nəticələrinə görə süni intellekt proqramına həkim lisenziyası verilib.

 

“Hazırladığımız sistem lazımi imtahanları vermiş dünyada ilk süni intellekt proqramıdır” – “iFlyTek” şirkətinin direktorlar şurasının üzvlərindən biri deyib.

 

Həkim lisenziyası almaq üçün imtahanda 360 bal toplamaq lazım olduğu halda, “iFlyTek” şirkətinin “Smart Doctor Assistant” adlı süni intellekt proqramı 456 bal toplayıb. İstehsalçılar bildiriblər ki, onların proqramı həm tibb, həm də başqa sahələrdə (məsələn, hüquq elmində) daha mürəkkəb məsələləri öyrənmək qabiliyyətinə malikdir.

 

\\ICTnews

Sizə maraqlı ola bilər