Bu gün İzzət Bağırovun “Ümidlər puç olanda” filminin Qala gecəsi baş tutub – FOTOLAR

19:49

8 Oktyabr

lady gaga

Bu gün Nizamin Kino Mərkəzində müğənni İzzət Bağırovun həm ssenaristi, həm də baş rol ifaçısı olduğu “Ümidlər puç olanda” filminin qala gecəsi baş tutub. 

 

Primetime.az xəbər verir ki, filmdə əməkdar artist Mehriban Xanlarova və aktrisa Gülşən  Hüseynli də çəkilib.

 

İzzət Bağırov jurnalistlərin film haqqında verdiyi sualları cavabladırıb:

“Ümumiyyətlə hal-hazırda hamı komediya çəkir. Təbii ki, burada İzzət Bağırov adı varsa, bu komediya olmayacaq. Bir dəfə komediyada rol almışam. O da Rafael və Coşqunun, “Bu şəhərdə”nin çəkdiyi “Bakı-Moskva qatarı” olub. Birinci və axırıncı dəfə orada rol almışam. Amma filmin ssenarisi mənə məxsusdursa, bu melodrama olacaq. Bu sezon yeddi səkkiz film var. Hamısı da komediyadır. Bir melodrama var, o da mənə aiddir. Filmlərin hamısı  komediya olduğu üçün mənə rəqib yoxdur. Amma olsa da olar, mənə görə problem deyil. Mən rəqabəti sevirəm”.

 

O, filmin süjet xətti və qiyməti ilə bağlı verilən suala isə belə cavab verib:

“Film keçmişdə dost olan iki ailənin faciəsindən bəhs edir. Filmdə mənim atam öz dostunun günahına görə həbsxanaya düşür. Biz ssenarini elə yazdıq ki, atam həbsxanadan çıxdıqdan sonra bilinir hər şey. Sevgiyə çox da yer verilməyib, faciələr isə olduqca çoxdur. İnşallah baxıb görəcəksiniz.

Biz bilirik ki, filmlər ucuz başa gəlmir. Amma hal-hazırda filmdə ən ucuz başa gələn aktyorlara verilən qonorarlardır. Ssenaristi olduğum filmdə hər bir aktyor son manatına qədər qonorarlarını alıblar. Bircə dostum Elçin və oğlum almayıb. Ən çox pul aparan isə texnika, məkanlar və gündəlik tələbatların qarşılanmasıdır. Filmdə həbsxana səhnəsini çəkmək də çətindir. Amma 9 saylı həbsxananı özüm seçdim, çünki çəkiliş meydançasına yaxın idi”.

 

Filmdə müğənninin kiçik oğlu Rza çəkilsə də, qala gecəsinə böyük oğlu Əli gəlib.

 

Qeyd edək ki, filmin rejissoru Samir Qulamovdur.

 

 

 

Sizə maraqlı ola bilər